Pəri Cadu
Xronometraj: 1 saat 30 dəqiqə Dil: Azərbaycan Janr: Dram İnsanı bəzən məhvə aparan tale…
Turana qılıncdan daha kəskin ulu qüvvət
yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət

Növbəti Premyera – Teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərovun quruluşunda Əbdurrəhim bəy Haqverdiyevin Pəri Cadu əsəri üçün geri sayım başladı.
Janr: Dram
Müəllif: Əbdürrəhim bəy Haqverdiyev
Dil: Azərbaycan
Xronometraj: 1 saat 30 dəqiqə
İnsanı bəzən məhvə aparan tale deyil, onun öz doyumsuz nəfsidir. Azərbaycan dramaturgiyasının qızıl fonduna daxil olan Əbdürrəhim bəy Haqverdiyevin 1901-ci ildə qələmə aldığı “Pəri Cadu” əsəri, bu gün klassik dram çərçivəsindən çıxaraq, absurd teatrın dili və simvolik baxış bucağı ilə yenidən səhnədə canlanır.
Bu tamaşa var-dövlət hərisliyi, zamanın illüziyası və mənəvi aşınmanın təcəssümüdür. Süjetin mərkəzində dayanan Qurbanın yoxsulluqdan qaçış cəhdi, onu şər qüvvələrin nümayəndəsi olan Pəri Cadu ilə görünməz tellərlə bağlayır. Maddiyyatın ağırlığı altında əzilən insan ruhunun faciəsi səhnədə vizual simvolların dili ilə ifadə olunur.
Əsər, reallığın məntiqsizliyini, insanın daxili xaosu və absurdu simvollar vasitəsilə təqdim edərək, izləyicini insan təbiətinin qaranlıq, bəzən isə qorxulu qatları ilə baş-başa qoyur.
Biz…1883-cü il mayın 11-də “Müsyö Jordan və dərviş Məstəlişah” tamaşası ilə Naxçıvanda ilk sənət ocağının təməlini qoyan maarifçi ziyalılarıq. Cəmi bir il sonra Eynəli bəy Sultanovun “Azərbaycan qızı” pyesini səhnələşdirərək yerli dramaturgiyanın ilk addımlarını atdıq. 1885-ci ildə “Kəl döyüşü” və “Üsuli-cədid” əsərləri ilə yerli müəllifləri dram janrına həvəsləndirərək teatr mühitində böyük canlılıq yaratdıq. Binasızlıq və çar məmurlarının maneələrinə baxmayaraq, 1886-cı ildə teatrı xalqın gözünü açan, zülmətə qarşı vuruşan əsas vasitəyə çevirdik. 1899-cu ildə “Dağılan tifaq” pyesini səhnələşdirərək dövrün bütün qələm sahiblərini aktyor kimi bir araya gətirməyi bacardıq. 1900-cü illərin başlanğıcında repertuarımızı klassik komediyalarla zənginləşdirib kütləvi teatr sevgisi formalaşdırdıq. Böyükxan Naxçıvanlının rejissorluğu ilə 1904–1914-cü illər ərzində həvəskar truppamıza peşəkar aktyorluq vərdişləri aşıladıq. 1918-ci ildə “Ölülər” tamaşasından sonra teatrımız yandırılsa da geri çəkilmədik, hətta Kazım Qarabəkir Paşanın rejissorluğu ilə “Vətən” dramını oynayaraq Araz-Türk Cümhuriyyətinin azadlıq səsini ucaltdıq. 1922-ci ildə dövlət statusu alaraq səhnəmizdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını oynadıq. Sonrakı illərdə isə “Şeyx Sənan”, “Qanlı qala”, “Otello” kimi dahi əsərləri yaşadan peşəkar məktəbə çevrildik. Bu gün isə Axundzadə və Məmmədquluzadə irsini şərəflə daşıyan, Xalq və Əməkdar artistlərdən ibarət güclü sənətkar heyəti ilə “Ölülər”, “Ruhun meracı “, “Hamlet”, “Siçanlar və adamlar”, “Simurq quşu ” kimi milli və dünya klassikasının incilərini birləşdirən 40-a yaxın zəngin repertuara sahibik. Biz… ölkə daxilində və beynəlxalq miqyasda reallaşdırdığımız uğurlu qastrol səfərləri, eləcə də təşkilatçısı olduğumuz “Şərqin qapısı” Teatr Festivalı ilə Azərbaycanın səhnə mədəniyyətini yenilikçi ideyalarla irəliyə aparan “Milli” statuslu Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrıyıq!
Teatr sənət məbədidir. Naxçıvan Dövlət Milli Dram Teatrı olaraq cəmiyyətimizin mənəvi-estetik zövqünü formalaşdırmaq, köklü teatr ənənələrimizi gələcək nəsillərə ötürmək əsas qayəmizdir. Biz klassik dramaturqlarımızın ölməz irsini qoruyub yaşatmaqla yanaşı, müasir səhnə dili və innovativ rejissor həlləri ilə tamaşaçımıza yeni baxış bucağı təqdim edirik. Məqsədimiz regionun mədəniyyət mərkəzi kimi beynəlxalq festival məkanlarında milli ruhumuzu ləyaqətlə təmsil etməkdir. Biz səhnə ilə tamaşaçı arasında mənəvi körpünü hər pərdə açılışında daha da möhkəmləndiririk.

Dəyərli tamaşaçımız,
Naxçıvan Dövlət Milli Dram Teatrı olaraq ali niyyətimiz səhnədəki hər duyğunu qəlbinizə toxundurmaqdır. Çünki teatr yalnız göründüyü qədər deyil. Bura sizin varlığınızla işıqlanan, baxışlarınızla nəfəs alan canlı sənət aləmidir. Siz varsınızsa, bu səhnə yaşayır.
Gündəlik qayğılardan sıyrılıb sənətin saf ruhunu hiss etmək istədiyiniz hər an yeriniz hazırdır. Bura sizin mənəvi evinizdir. Sizi bu sehrli məkanda qarşılamaq bizim üçün böyük zövqdür.
Hörmətlə,
Naxçıvan Dövlət Milli Dram Teatrının rəhbərliyi
Xronometraj: 1 saat 30 dəqiqə Dil: Azərbaycan Janr: Dram İnsanı bəzən məhvə aparan tale…
Müəllif: John Steinbeck Dil: Azərbaycan Yaş hədii: 16+ Xronometraj: 1 saat 20 dəqiqə Mövzu: Tamaşa…
Müəllif: Hüseyn Cavid Xronometraj: 1 saat 5 dəqiqə Dil: Azərbaycan Yaş: 16+ Mövzu: Tamaşanın mövzusu…
Müəllif: John Steinbeck Dil: Azərbaycan Yaş hədii: 16+ Xronometraj: 1 saat 20 dəqiqə Mövzu: Tamaşa…
Tamaşanın adı: “Tilsimlənmiş gözəl” Müəllif: T.Karelina Xronometraj: 50 dəqiqə Dil: Azərbaycan Janr: Komediya Mövzu: …
Müəllif: V.Qubarev Dil: Azərbaycan Xronometraj: 1 saat 10 dəqiqə Yaş: 6+ Mövzu: “Sehrli yaylıq” əsərinin…
Xronometraj: 1 saat 30 dəqiqə Dil: Azərbaycan Janr: Dram İnsanı bəzən məhvə aparan tale…
Tamaşanın adı: “Tilsimlənmiş gözəl” Müəllif: T.Karelina Xronometraj: 50 dəqiqə Dil: Azərbaycan Janr: Komediya Mövzu: …
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 144-cü teatr mövsümünün açılışına hazırlaşır. 1883-cü ildən…
Müəllif: John Steinbeck Dil: Azərbaycan Yaş hədii: 16+ Xronometraj: 1 saat 20 dəqiqə Mövzu: Tamaşa…
Müəllif: Hüseyn Cavid Xronometraj: 1 saat 5 dəqiqə Dil: Azərbaycan Yaş: 16+ Mövzu: Tamaşanın mövzusu…
Müəllif: V.Qubarev Dil: Azərbaycan Xronometraj: 1 saat 10 dəqiqə Yaş: 6+ Mövzu: “Sehrli yaylıq” əsərinin…
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 144-cü teatr mövsümünün açılışına hazırlaşır. 1883-cü ildən…
Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Trabzon vilayətinin Akçaabat bələdiyyəsi tərəfindən təşkil olunan VI Açıq…
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev Türkiyədə fəaliyyət göstərən “Ege Gösteri Sanatları”…
Naxçıvan Dövlət Milli Dram Teatrı teatr sənətinin fəal təbliğindəki xidmətlərinə görə növbəti uğura imza ataraq…