Pəri Cadu
Xronometraj: 1 saat 30 dəqiqə
Dil: Azərbaycan
Janr: Dram
İnsanı bəzən məhvə aparan tale deyil, öz doyumsuz nəfsidir. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” əsəri klassik dram çərçivəsindən çıxaraq absurd teatrın dili və simvolik baxış bucağı ilə səhnədə canlanır. Tamaşa var-dövlət hərisliyi, zamanın illüziyası və mənəvi aşınmanın təcəssümüdür. Qurbanın yoxsulluqdan qaçış cəhdi, Pəri Cadu ilə görünməz tellərlə bağlanması və maddiyyatın altında əzilən insan ruhu səhnədə vizual simvollarla ifadə olunur. Əsər reallığın məntiqsizliyini, daxili xaosu və absurdu simvolların dili ilə təqdim edərək izləyicini insan təbiətinin qaranlıq qatları ilə baş-başa qoyur.
